ANA SƏHİFƏ

XƏBƏRLƏR

Fəaliyyət istiqamətlərimiz üzrə ən son yeniliklər və aktual xəbərlər

27 Yanvar 2021, 11:12 Əməkdaşlıq

DLAB şirkəti Azərbaycan təmsilçiliyini KARFO-ya verdi

Təsis edildiyi 2002-ci ildən bu yana DLAB Scientific yüksək keyfiyyətli laboratoriya avadanlıqlarının aparıcı tədarükçüsü kimi tanınır. DLAB Scientific, Çinin Pekin şəhərində korporativ baş ofisə və Amerika Birləşmiş Ştatları, Avropada və Hindistanda törəmə şirkətlərə malikdir. İstehsal yönümlü iş fəaliyyətlərinin genişləndirilməsi ilə yanaşı müxtəlif ölkələrdə stoklu satış fəaliyyətini də genişləndirir. Təkcə Pekindəki baş ofisin  ümumi sahəsi 21.000 m2-dir. İstehsalatda keyfiyyət idarəetməsi İSO 9001 və İSO 13485 standartlarına uyğundur.

Son illərdə şirkət son texnologiya həllərindən istifadə edərək məhsul dizaynını, istehsalını və məhsul portfelinin çeşidliliyini daha da yaxşılaşdırdı. Kiçikdən çox böyük müəssisələrə qədər müxtəlif sahələrdə istifadə edilə bilən 150-dən çox məhsul dizayn edildi və istehsal edildi.

Bütün dünya üzrə 500 çox tərəfdaşdan  ibarət  distribyutor şəbəkəsinə malik nəhəng şirkətə çevrilən DLAB-ın Azərbaycan təmsilçisi artıq KARFO-dur.