DSX-nın generallarına yeni rütbələri təqdim edilib
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 107-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edib.
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
O, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə ali hərbi rütbələrlə təltif olunan hərbi qulluqçulara orden və medallarını təqdim edib.
