ANA SƏHİFƏ

XƏBƏRLƏR

Fəaliyyət istiqamətlərimiz üzrə ən son yeniliklər və aktual xəbərlər

02 Sentyabr 2026, 13:59 KARFO

KARFO şirkətində orta və ali təhsil müəssisələrində hərbi hazırlığın inkişafına təkan verəcək yeni cihaz hazırlanır

KARFO SLA MMC-də həyata keçirilən hərbi və müdafiə xarakterli elmi-tədqiqat işləri çərçivəsində orta və ali təhsil müəssisələrində hərbi hazırlığın təkmilləşdirilməsinə imkan verən yeni cihazın işlənib hazırlanmasına başlanılmışdır. Yeni cihaz müəssisələrdə hərbi hazırlıq zamanı atışların nəticələrini operativ şəkildə qeydə alıb qiymətləndirərək atıcılıq hazırlığının effektivliyinin müəyyənləşdirilməsinə xidmət edir.

Hazırda məhsulun funksional imkanlarının genişləndirilməsi və müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi istiqamətində müvafiq elmi-tədqiqat və layihələndirmə işləri davam etdirilir.