Mərkəzi Asiyanın türkdilli dövlətləri “KARFO SLA” MMC-nin yeni hərbi məhsuluna maraq göstərir
“KARFO SLA” MMC-də həyata keçirilən hərbi və müdafiə xarakterli elmi-tədqiqat işlərdən biri də orta və ali təhsil müəssisələrində hərbi hazırlığın təkmilləşdirilməsinə imkan verən yeni cihazın işlənib hazırlanmasıdır.
Sözügedən yeni cihaz Mərkəzi Asiyanın türkdilli dövlətlərinin marağına səbəb olub. Məhsula göstərilən maraq Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi imkanların genişləndirilməsi və türkdilli dövlətlərlə hərbi-texniki əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli hesab olunur.
Qeyd edək ki, yeni cihaz müəssisələrdə hərbi hazırlıq zamanı atışların nəticələrini operativ şəkildə qeydə alıb qiymətləndirərək atıcılıq hazırlığının effektivliyinin müəyyənləşdirilməsinə xidmət edir.
