ANA SƏHİFƏ

XƏBƏRLƏR

Fəaliyyət istiqamətlərimiz üzrə ən son yeniliklər və aktual xəbərlər

28 Sentyabr 2026, 14:10 Yeniliklər

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilib.

“HÜRKUŞ-II” Türkiyə Silahlı Qüvvələrində istifadə olunacaq ilk yerli istehsal olan pilotlu təyyarədir. Təhvil mərasimi TUSAŞ-ın Ankaradakı müəssisələrində baş tutub.

Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Departamenti bildirib ki, TUSAŞ ilə razılaşdırılmış layihə çərçivəsində ümumilikdə 55 ədəd “HÜRKUŞ-II” təyyarəsi istehsal olunacaq.

Bu il Türkiyə Hərbi Hava Qüvvələrinə əlavə on təyyarə təhvil veriləcək, qalan 43 təyyarənin isə 2028-ci ilin sonuna qədər tədarük olunması planlaşdırılır.

AzərTac