AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində universitetin stendini ziyarət edib.
Rektora sərgidə nümayiş etdirilən layihələr barədə məlumat verilib. Qeyd olunub ki, AzTU “ADEX 2026”da mühəndislik, robototexnika və müdafiə texnologiyaları sahələrində aparılan elmi-tədqiqatların nəticəsi olan 8 layihə ilə təmsil olunur.
Təqdim edilən layihələr müasir texnologiyaların elmi-tədqiqat proseslərinə tətbiqi, pilotsuz sistemlərin imkanlarının genişləndirilməsi və müxtəlif sahələr üzrə innovativ texnoloji həllərin hazırlanması istiqamətində aparılan işləri əhatə edir.
AzTU-nun sərgidə iştirakı universitetdə həyata keçirilən elmi-tədqiqat və innovasiya fəaliyyətlərinin, eləcə də mühəndislik və müdafiə texnologiyaları üzrə yeni layihələrin nümayişi baxımından əhəmiyyət daşıyır.
