ANA SƏHİFƏ

XƏBƏRLƏR

Fəaliyyət istiqamətlərimiz üzrə ən son yeniliklər və aktual xəbərlər

07 Oktyabr 2026, 10:00 Yeniliklər

“Google” süni intellekti kosmosa göndərib

“Google” süni intellekt avadanlıqlarını kosmosda sınaqdan keçirmək üçün “Project Suncatcher” çərçivəsində ilk prototip peykini orbitə çıxarıb.

Bu missiya kosmosda genişmiqyaslı maşın öyrənməsi (Machine Learning) infrastrukturunun yaradılması imkanlarını araşdıran uzunmüddətli elmi layihənin ilk addımıdır. Yaxın həftələr ərzində mühəndislər TPU (Tensor Processing Unit) çiplərinin kosmik uçuşun fiziki yükünə, eləcə də radiasiya və kəskin temperatur dəyişikliklərinə davamlılığı barədə orbitdən məlumat toplayacaqlar.

Missiyanın elmi əsaslarını və tədqiqat təfərrüatlarını əks etdirən rəyçi qiymətləndirməsindən keçmiş (peer-reviewed) məqalə artıq nüfuzlu “Joule” jurnalında dərc olunub. Şirkətdən bildirilib ki, bəzi sınaqları yalnız kosmos şəraitində keçirmək mümkündür və əldə olunan nəticələr gələcək texnoloji dizaynların təkmilləşdirilməsində istifadə olunacaq.

“Google” gələcəkdə Günəş enerjisindən istifadə edən orbital məlumat mərkəzləri yaratmağı və süni intellekt infrastrukturunu kosmosda genişləndirməyi hədəfləyir.