ANA SƏHİFƏ

XƏBƏRLƏR

Fəaliyyət istiqamətlərimiz üzrə ən son yeniliklər və aktual xəbərlər

15 Oktyabr 2026, 17:00 Yeniliklər

Hərbi vəzifəlilər atıcı silahlardan praktiki atış çalışmalarını yerinə yetiriblər

Cari ilin hazırlıq planına əsasən Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir.

Toplanış zamanı hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, ixtisas hazırlığına uyğun məşğələlər təşkil olunub.

Məşğələlərdə şəxsi heyətə atıcı silahların taktiki-texniki xüsusiyyətləri və təhlükəsizlik qaydaları çatdırılıb, həmçinin xəritə üzərində fəaliyyətlər nəzəri və praktiki olaraq yerinə yetirilib.

Təlim toplanışı zamanı, iştirakçılara ordumuzun arsenalında olan müxtəlif silah və texnika, rabitə vasitələrindən istifadə, həmçinin ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədilib, yaralıların ərazidən təxliyə edilməsi üsulları məşq etdirilib.

Sonra plana uyğun olaraq hərbi vəzifəlilər atıcı silahlardan praktiki atış çalışmalarını yerinə yetiriblər.

mod.gov.az