KARFO şirkətinin mütəxəssisləri TURKCHEM 2018 sərgisində iştirak ediblər
KARFO şirkətinin mütəxəssisləri İstanbulda keçirilən TURKCHEM 2018 beynəlxalq kimya sənayesi sərgisində iştirak ediblər.
Sərgi çərçivəsində iştirakçılar laboratoriya avadanlıqları, analitik cihazlar, kimyəvi məhsullar və sənayenin son texnoloji yenilikləri ilə tanış olublar. Eyni zamanda, aparıcı istehsalçı şirkətlərin nümayəndələri ilə görüşlər keçirilərək əməkdaşlıq perspektivləri müzakirə edilib.
TURKCHEM 2018 sərgisində iştirak KARFO mütəxəssislərinə sahədəki müasir tendensiyaları izləmək, yeni texnoloji həllərlə tanış olmaq və beynəlxalq tərəfdaşlarla işgüzar əlaqələri daha da genişləndirmək imkanı yaradıb.


