ANA SƏHİFƏ

XƏBƏRLƏR

Fəaliyyət istiqamətlərimiz üzrə ən son yeniliklər və aktual xəbərlər

29 Oktyabr 2026, 14:05 Yeniliklər

Adı “XX əsrin görkəmli şəxs­­ləri” siyahısına daxil edilən Azərbaycan fizika elminin tanınmış nümayəndəsi

Adilə Ziyat qızı Abbasova 1942-ci il avqustun 3-də Zəngilan rayonunun Pirçivan kəndində ziyalı ailəsində anadan olub. 1953-cü ilə kimi Zəngilanda Pircivan kənd orta məktəbində oxumuş, təhsilini Bakı  şəhərində 7 saylı orta məktə­b­də davam etdirmiş, məktəbi gümüş medalla bi­tirmişdir.

Adilə Abbasova Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fa­kul­­təsinə daxil olmuş, 1964-cü ildə universiteti bi­tirdikdən sonra təyinatla Azər­bay­can SSR Elmlər Akademiyasının Fizika İnstitutuna göndərilmişdir. Adilə Abbasova burada 1966-cı ilə kimi baş laborant, sonra mü­həndis işləmiş, həmin ildə aspiranturaya daxil olmuşdur. İnstitutun göndərişi ilə Ukray­na Elm­lər Aka­de­mi­yasının Yarımkeçiriçilər Fizikası İnstitutunda “Ya­rım­ke­çi­ricilər və dielektriklər fizikası” üzrə elmi-tədqiqat işləri aparmış, SSRİ Elmlər Aka­demiyasının müx­bir üzvü H.B.Abdullayevin rəhbərliyi ilə 1970-ci ildə “GaSe monokris­tal­larında rekombinasiya və ya­pışma proseslərinin tədqiqi” mövzu­sun­da namizədlik dissertasiyasını mü­dafiə etmişdir. Yarımkeciricilər və dielektiriklər fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri na­mizədi alimlik dərəcəsi almışdır.

1970-ci ildən 1974-cü ilə kimi Fizika İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi vəzifəsində işləmiş, həmin ildə Moskva şəhərinə – Tətbiqi Fizika Elmi-Tədqiqat İnstitutuna ezam olunmuşdur.1974-1982-ci illərdə həmin institutda çalışmış və 1982-ci ildə müsabiqə yolu ilə baş elmi işçi vəzifəsini tutmuşdur. Moskva mühiti onun elm sahəsindəki fəaliyyətini genişləndirməyə daha geniş imkanlar açdı.  SSRİ-nin bir çox elmi-tədqiqat institutları ilə, o cümlədən M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Ukrayna EA-nın Yarımkeçiricilər Fizikası İnstitutunun onun təmsil etdiyi elm ocağı ilə – Azərbaycan SSRİ EA Fizika İnstitutu ilə sıx elmi-tədqiqat əlaqəsi vardı. Bu əla­qə çoxtərəfli elmi uğur­lar üçün başlıca elmi ünsiyyət idi və fizika-riyaziyyat elmləri namizədi Adi­lə Abbasova da belə bir ünsiyyətin icraçılarından biri idi. Adilə Abbasova iki dəfə SSRİ Dövlət Mükafatı laureatı, akademik V.İ.Stafeyevin, Moskva Dövlət Universitetinin professor V.S.Vavilovun və digərlərinin elmi məsləhətləri ilə tədqiqatlarını uğur­­la davam etdirirdi.

1987-ci ildə  doktorluq dissertasiyası müdafiə edərək  fizika-riyaziyyat elmləri doktoru adını alıb, Tətbiqi Fizika Elmi-Tədqiqat İnstitutunda müsabiqə yolu ilə laboratoriya müdiri seçilib və 1992-ci ilədək bu vəzifədə çalışıb.

1990-cı il 20 yanvar faciəsi onun da var­­lı­ğı­nı sarsıtdı. Faciənin səhərisi gün Moskvada Azərbaycanın da­im nümayəndəliyinin qarşısında Azərbaycanlı ziyalıların toplaşdığı  etiraz mitin­qin­də  o da iştirak etmişdi.

1992-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinə işə dəvət olunmuş və Aparatın Sosial-mədəni qanunvericilik məsələləri şöbəsinin elm, təhsil və mədəniyyət bölməsinin  müdiri, 1993-1995-ci illər­də Azərbaycan Respublikasının Milli Məclisinin Daimi komissiyalar katibliyinin müdiri,  1995-ci ildən 2020-ci ilədək Azərbaycan Respublikası Milli Məclisi Apa­ratının  Sosial qanunveri­ci­lik şöbəsinin müdiri vəzifələrində işləyib.

Milli Məclisdə çalışdığı illərdə elm, təhsil, səhiyyə, mədəniyyət, qadın və uşaqların sosial müda­fiə­si problemlərinin həllinə yönəldilmiş fəaliyyətləri tənzimləyən qanunlar hazırlanmasında, dövlət quruculuğu işində xüsusi əməyi və zəhməti olub.

Həmçinin 1992-ci ildən vəfatınadək BDU-nun Yarımkeçiricilər fizikası kafedrasının professoru olub. Elmi kadrların hazırlanmasında özü­nün şəxsiyyəti də, elmi idrakının nəticəsi olan əsərləri də fəal iştirak edib. Universitetdə təhsil alan bakalavr və magistr təhsili alanlar üçün “Yarımkeçirici çeviricilər”, “Nizamsız sistemlər fizikası”, “Yarımkeçirici materialların və cihazların fiziki xassələrinin tədqiqi üsulları”, “Yarımkeçiricilərdə səth və kontakt hadisələri”ndən mühazirələr oxuyub, magistrlər üçün fənn proqramlarının hazırlan­ma­sında da fəal iştirak edib. 150-dən çox elmi əsərin, beş ixtiranın, bir neçə  monoqrafiyanın müəllifi idi.

Adilə Abbasovanın əsas elmi nailiyyətləri sırasında layvari kristallarda yeni texnologiyanın tətbiqi ilə onlar əsasında fotohəssas quruluşların alınması və ilk dəfə olaraq həmin kristallara və fotohəssas quruluşlara müxtəlif növ ionlaşdırıcı şüaların təsiri öyrənilmiş, foto həssaslığın mexanizmi müəyyən edilmişdir. Bu kristalların əsasında ultrabənövşəyi, görünən və yaxın infraqırmızı oblastda işləyən və mü­əl­liflik şəhadətnamələri ilə təsbit olunmuş radiasiyaya davamlı fotohəssas quruluşlar (fotoqəbu­le­dicilər, həssas fotodiodlar və s.) hazırlanmış və onların fiziki xassələr öyrənilmişdir.

Alim 1993-cü ildən 2006-cı ilədək Azər­baycan Respublikası Prezidenti Yaninda Ali Atestasiya Komissiyasının Ekspert Şurasının, eləcə də uzun müddət AMEA Radiasiya Problemləri İnstitutunda Dissertasiya Müdafiə Şurasının üzvü olub.

Elmi nailiyyətlərinə görə 1999-cu ildə İngiltərənin Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən “İlin beynəlxalq qadını” elan edilib, haqqında həmin Mərkəzin nəşr etdirdiyi “XX əsrin görkəmli şəxs­­ləri” ensiklopedik kitabına məlumat daxil edilib. 2020-ci ildə Amerika Bioqrafiya İnstitutu tə­rə­findən “XX əsrin görkəmli şəxsləri” diplomu və gümüş medalına layiq görülüb. 2001-ci ildə Ame­ri­ka Bioqrafiya İnstitutu tərəfindən  “XXI əsrin görkəmli  qadını”  seçilib. 2021-ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII növbədənkənar qurultayında Veteranlar Şurasının üzvü seçilib.

Professor Adilə  Abbasova “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı, Azərbaycan Respublikası Milli Məclisinin  “Parlament” medalı, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı, bir neçə digər medallarla və çoxlu sayda fəxri fərmanlarla təltif  olunub.

Tanınmış alim 29 oktyabr 2026-cı ildə vəfat etmişdir.