Atış üzrə hərbi hazırlığın təkmilləşdirilməsinə imkan verən cihaz
KARFO SLA MMC-də həyata keçirilən hərbi və müdafiə xarakterli elmi-tədqiqat işləri çərçivəsində orta və ali təhsil müəssisələrində hərbi hazırlığın təkmilləşdirilməsinə imkan verən yeni cihazın işlənib hazırlanmasına başlanılmışdır.
Yeni cihaz müəssisələrdə hərbi hazırlıq zamanı atışların nəticələrini operativ şəkildə qeydə alıb qiymətləndirərək atıcılıq hazırlığının effektivliyinin müəyyənləşdirilməsinə xidmət edir.
Hazırda məhsulun funksional imkanlarının genişləndirilməsi və müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi istiqamətində müvafiq elmi-tədqiqat və layihələndirmə işləri davam etdirilir.